Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.32% düşərək 4.0680 ABŞ dollarına bərabər olub.
Teleqraf.com xəbər verir ki, illik əsasda təbii qazın dəyəri 64.16% aylıq isə 22.82% yüksəlib.
Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.001% azalaraq 47.12 avro təşkil edib.