Dəməşqdəki yeni administrasiya Suriyadan Türkiyənin təhlükəsizliyinə təhdidlərə imkan verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Suriyanın keçid hökumətindəki xarici işlər naziri Əsəd Həsən əl-Şibani Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Suriya torpaqları Türkiyə və türk xalqı üçün təhlükəsizliyə təhdid olmayacaq”, - deyə əl-Şibani bildirib.