Avtobus zolaqlarının təşkili prosesi davam edir. Proses sərnişinlərin vaxtına qənaət etmək məqsədilə həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
"Ötən il gün ərzində avtobus zolaqları ilə 900 minə yaxın sərnişin daşınıb", - deyə AYNA qeyd edir.