12:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi, Goranboy və Samux rayonlarında fermerlərə aqrar sığorta ödənişləri edilib.

Teleqraf.com xəbər verir ki, Aqrar Sığorta Fondu müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ödənişlər həyata keçirib.

Ağcabədi rayonunda alça bağına dolu vurması nəticəsində 17 870 manat, Goranboy rayonunda arpa sahəsinə sel və alça bağına fırtına səbəbindən müvafiq olaraq 13 791 manat və 17 012 manat ödənişlər edilib.

Samuxda isə mal-qara yoluxucu xəstəlik nəticəsində 3600 manat sığorta ödənişi alıb. Eyni zamanda, Goranboy rayonunun Rəhimli kəndində fermerlərlə görüş keçirilərək aqrar sığorta barədə məlumat verilib.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər