10:30
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Partiyasının sədri İlyas İsmayılovun hazırda Mərkəzi Klinikada müalicəsi davam edir. Reanimasiya şöbəsindən palataya köçürülüb. Vəziyyəti stabil olaraq qalır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Mərkəzi Klinikadan deyiblər.

“Öz xəstəliyinə və diaqnozlarına uyğun müalicə alır. Vəziyyət hələki tənzimlənir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, insult keçirdiyinə görə, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən sabiq baş prokuror İlyas İsmayılov bir aya yaxındır həkim nəzarətindədir.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər