Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.