12:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu ilin yanvar ayının 1-nə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü il ilə müqayisədə 83,7 min hektar azdır.

Buğda və çovdar əkin sahələri kəskin azalsa da, arpada artım olub. Belə ki, 2024-cü ilin payızında 505,5 min hektar sahədə buğda səpilsə də, bu göstərici 2023-cü ildə 598,3 min hektar olub. Çovdar əkin sahəsi isə 160,9 min hektar azalaraq 0.1 min hektar olub. Arpa səpilən ərazilər 9,5 min hektar artaraq 426,6 min hektar olub.

Ən çox buğda bitkisi Cəlilabad (47,0 min ha), Şamaxı (28,0 min ha), Füzuli (25,2 min ha), Hacıqabul (23,2 min ha), Şəki (21,9 min ha), Ağcabədi (21,0 min ha), İsmayıllı (20,1 min ha) və Qobustan (14,3 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (38,1 min ha), Kürdəmir (33,6 min ha), Neftçala (26,6 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (19,6 min ha), Qobustan (14,8 min ha) və Cəlilabad (13,4 min ha) rayonlarında səpilib.


Müəllif: Bəkir Nərimanoğlu