12:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə alıcıların xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2024-cü ildə əhalinin bir nəfəri orta hesabla ayda 508 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər