13:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa və ABŞ-də bir neçə avtomobil zavodu 2025-ci ildə bağlanma və ya satılma riski ilə üzləşib. Çünki avtomobil markaları istehsal gücünün artıqlığı və qiymət rəqabəti ilə mübarizə aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə tədqiqat və məsləhət firması “Gartner” yayımladığı hesabatda bildirib.

Firma qeyd edib ki, avtomobil istehsalçılarının emissiya hədəfləri və tariflərlə üzləşdikləri üçün 2025-ci ildə bu iki qitədə istehsal gücünü azaltmaq ehtimalı var. Bundan əlavə, Çin elektrik avtomobilləri (EV) sahəsində proqram təminatı və elektrikləşmə üstünlüyünə görə öz dominantlığını artıracaq.

“Gartner” şirkətinin analitiki Pedro Paçeko “Reuters”ə bildirib ki, bağlanma və ya satış ehtimalı yüksək xərcli ölkələrdə daha çoxdur.

“Gartner” firması proqnozlaşdırıb ki, Çin brendləri ticarət maneələrini aşmaq üçün zavodlar ala bilər və ya aşağı xərcə malik Avropa ölkələrində və Mərakeş və ya Türkiyə kimi azad ticarət tərəfdaşlarında yeni fabriklər aça bilərlər.


Müəllif: Mirvari Əzizova