Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı Türkmənistandan gətirilən pomidor məhsulunda virus aşkarlanıb. “Dəmir Yumruq-A” MMC-nin Türkmənistandan idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb:
"Agentliyin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla, iqtisadi zərərə səbəb ola bilər".