14:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray" klubu səfərdə "Hatayspor"a qarşı keçirəcəyi Türkiyə Super Liqasının XX tur matçı ərəfəsində problemlə üzləşib.

Teleqraf.com xəbər verir ki, lider komandanın 4 futbolçusu sarı vərəqə limitindədir. Fernando Muslera, Abdulkerim Bardakçı, Lukas Torreyra və Barış Alper Yılmaz sarı vərəqə ilə cəzalandırılacaqları təqdirdə, növbəti turda “Konyaspor”la oyunu buraxmalı olacaqlar.

Qeyd edək ki, sabahkı matçda “Qalatasaray”ın gənc ulduzu Qabriel Sara zədə səbəbilə meydanda olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər