15:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025- ci il lirə üçün uğurlu başlamayıb. İlin əvvəlindən türk valyutası dollara nisbətdə ucuzlaşır.

Teleqraf.com xəbər verir ki, yanvarın 1-də dolların lirə məzənnəsi 35.36 türk lirəsindən mübadilə edilirdisə, 16 yanvar tarixinə lirə dollar qarşısında 35.45 lirəyə qədər ucuzlaşıb. Hazırda 100 dollar 3.545 lirədən mübadilə edilir.

Gün ərzində ən yüksək məzənnə 35,49 TL, ən aşağı məzənnə isə 35,45 TL səviyyəsində olub.

Valyuta bazarındakı dəyişikliklər, ümumilikdə dolların qiymətində kiçik dalğalanmaların baş verdiyini göstərir.

Qeyd edək ki, dollar 2024-cü ili türk lirəsi qarşısında 19,63 faiz, avro qarşısında isə 12,51 faiz artımla başa vurub. 2025-ci ildə qlobal valyuta bazarında dolların möhkəmlənəcəyi ilə bağlı proqnozları nəzərə alan Türkiyə Mərkəzi Bankı cari ildə monetar siyasətində yumşalmalara qərar verib.

Bu arada “Deutsche Bank” 2025-ci ilin sonuna dollar -lirə məzənnəsinin 43 lirəyə çatacağını proqnozlaşdırır
Bankın analitikləri besab edir ki, Türkiyə siyasət faizini aprel ayına qədər 40%-ə endirəcək. İlin sonuna qədər isə bu rəqəmin 30%-dən 32,5%-ə qədər artırılması gözlənilir.

Bank 2026-cı ilin sonu üçün dollar-lirə məzənnəsinin 49 lirə səviyyəsində olacağını təxmin edir.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər