Dörd gün öncə Xəzər dənizinin Lənkəran hissəsində itkin düşən rayonun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam edir. Axtarış-xilasetmə qrupunun əməkdaşları Xəzər dənizinin Lənkəran və Astaraya aid hissəsində axtarışları intensiv davam etdirirlər.
Teleqraf.com-un cənub bürosu xəbər verir ki, balıqçıların qohumları onların İranda olduqlarını ehtimal edirlər.
Qeyd edək ki, sosial şəbəkələrdə onların sağ tapılmaları xəbəri yayılsa da, qohumları bu xəbərin yalan olduğunu bildiriblər.