27 İyul 2015 08:55
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun ayları dövründə Azərbaycanda əhali və təşkilatlara 771,8 milyon manat həcmində informasiya və rabitə xidmətləri göstərilib ki, bu da ötən ilin analoji göstəricisindən 10,7 faiz çoxdur.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin yarımillik hesabatında deyilir.

Hesabata əsasən, ümumi informasiya və rabitə xidmətlərindən əhaliyə göstərilmiş xidmətlər 72,5 faiz təşkil edir. Bununla yanaşı, əldə edilən gəlirlərin 55,1 faizi mobil rabitə xidmətinin payına düşür.

Azərbaycanda cari ilin yanvar-iyun aylarında mobil rabitə xidmətlərindən əldə olunan ümumi gəlirin həcmi 425,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 3,1 faiz azdır.


Müəllif:

Oxşar xəbərlər