“Rusiya ilə Türkiyə arasında müvafiq hökumətlərarası saziş tezliklə imzalanmayacağı təqdirdə “Türk axını” qaz boru kəməri layihəsinin icrasında gecikmə ola bilər”.
Bu barədə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak məlumat verib.
Ötən günlərdə Rusiya “Türk axını” qaz boru kəməri çərçivəsində ilk xəttin layihəsi ilə bağlı təklifi rəsmi Ankaraya təqdim etmişdi.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq. Layihə üzrə ilk qaz nəqlinin 2016-ci ilin dekabrında həyata keçirilməsi planlaşdırılır.
Səxavət