9 Oktyabr 2015 21:16
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayı ərzində vergi orqanlarına 66 708 müraciət daxil olub ki, onlardan da 96,5 faizi ərizə, 3,4 faizi şikayət və 0,1 faizi təklifdir.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, müraciətlərin 39,0 faizi kameral vergi yoxlamaları, 31,8 faizi müxtəlif arayışların alınması, 7,2 faizi vergi borcları, 2,3 faizi vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2 faizi səyyar vergi yoxlamaları, 1,7 faizi operativ vergi nəzarəti, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, 15,1 faizi isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə müraciətlərin 70,0 faizi müsbət həll olunub, 23,1 faizi üzrə müvafiq izahatlar verilib, 4,0 faizi əsassız sayılıb, 0,6 faizi qismən həll olunub, 0,5 faizi aidiyyəti üzrə göndərilib, 1,8 faizi icradadır.
2015-ci ilin 9 ayı ərzində vergi orqanlarında 2 882 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Hesabat dövründə vergilər naziri tərəfindən Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbulları keçirilib. Bu qəbullar zamanı edilən müraciətlər əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirləri, güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s. məsələlərlə bağlı olub. Hər bir müraciətə fərdi qaydada yanaşılaraq, qanunamüvafiq tədbirlər görülüb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər