18 Noyabr 2015 18:49
490

Bu ilin sentyabr ayında MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 0,2 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri isə 0,2 faiz bahalaşıb. Ümumilikdə, idxal olunan məhsulların qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz qalxıb.

İxrac olunan məhsullara gəlincə, 2015-ci ilin sentyabr ayında MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 3,6 faiz, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri isə 2,1 faiz bahalaşıb.

Ümumilikdə, ixrac olunan məhsulların qiymətləri əvvəlki aya nisbətən 2,1 faiz yüksəlib.


Müəllif: