22 Noyabr 2015 21:50
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 184 milyon ton yük daşınıb və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, yüklərin 3 faizi dəniz, 7,7 faizi dəmir yolu, 61,6 faizi avtomobil nəqliyyatı, 27,7 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,8 faiz artaraq 132,7 milyon tona çatıb.


Müəllif: