7 Dekabr 2015 14:52
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin bütün istiqamətləri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində sığortaedənlərlə (işəgötürənlər, digər hüquqi və fiziki şəxslər), fərdi uçotın həyata keçirilməsi sahəsində sığortaolunanlarla (işləyənlərlə), əmək pensiyası təminatı sahəsində bilavasitə pensiyaçılarla xidməti münasibətlərdə səmərəliliyin daha da artırılması məqsədilə Fondun Aparatında seminar-müşavirələr keçirilir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, seminar-müşavilərdə müzakirələrin əsas predmetləri sığortaedənlərlə, o cümlədən sahibkarlarla işin qanunvericiliyin tələblərinə uyğun qurulması, vətəndaşların qəbulu, müraciətləri və tələblərinə həssaslıqla yanaşılması məsələləridir.

Fondun rəhbərliyi və Aparatın aparıcı şöbə müdirlərinin iştirakı ilə keçirilən seminar-müşavirələr ilkin olaraq Fondun departamentləri, Bakı şəhərinin rayon şöbələrinin rəhbər və işçilərinin iştirakı ilə təşkil olunmuşdur. Hazırda bu tədbirlər respublika üzrə Fondun digər şəhər və rayon şöbələrinin əməkdaşları da cəlb edilməklə davam etdirilir.

Naibə


Müəllif:

Oxşar xəbərlər