Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbindən Azərbaycan ərazisindən daşınan yüklərin həcmi son günlər artıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
A. Əliyevin sözlərinə görə, təkcə son iki həftə ərazində 800-dən artıq yük avtomobili Azərbaycan ərazisindən keçib: "Bunlardan 540-ı Azərbaycan üzərindən Qazaxıstanın Aktau dəniz limanına daşınıb".
/APA/