17 Yanvar 2016 16:21
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə süni qiymət artımının qarşısının alınması məqsədilə məhsul-satış yarmarkası keçirilib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, keçirilən yarmarka davamlı olacaq.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev yarmarkada müxtəlif məhsulların qiymətləri ilə bağlı məlumat verib: "Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, quş əti 2 manat 30 qəpiyə, 50 kq-lıq un kisəsi 21 manata şəhər sakinlərinə təklif olunur. Çıxarılan məhsullarla bağlı məhdudiyyət yoxdur, kifayət qədər ehtiyat var, yarmarka günün sonuna qədər davam edəcək. Belə yarmarkalar hər 10 gündən bir keçiriləcək”.

Şəhər İcra Hakimiyyəti növbəti yarmarkalarda vətəndaşların arzu və istəklərinin nəzərə alınacağını deyib.


Müəllif: