1 Mart 2016 13:22
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Azərbaycan 31,3 milyon ton yüngül neft hasil edib. 2014-cü ildə bu rəqəm 31,5 milyon ton olub.

Trend-in məlumatına görə, bu barədə "BP Azerbaijan"ın 2015-ci ildə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

"BP Azerbaijan" "Azeri Light" sortun hasil edildiyi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatorudur.

Göstərilən dövrdə AÇG yatağında yüngül neftin gündəlik orta hasilat 634 min barel təşkil edib.

2014-cü ildə Azərbaycan 31,5 milyon ton "Azeri Light" nefti hasil edib ki, 2013-cü ildə bu göstərici 32,2 milyon ton olub.

Ötən il layihə çərçivəsində əməliyyat məsrəfləri 760 milyon dollar, əsaslı məsrəflər isə 1,9 milyard dollar təşkil edib.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.

Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) – 35,78 faiz, “Chevron” – 11,27 faiz, “Inpex” – 10,96 faiz, “AzACG” – 11,65 faiz, “Statoil” – 8,55 faiz, “Exxon” – 8 faiz, “TPAO” – 6,75 faiz, “Itocu” – 4,3 faiz və “ONGC” – 2,72 faiz.


Müəllif:

Oxşar xəbərlər