Türkiyə Azərbaycanın regiondakı enerji layihələrini dəstəkləyir.
Teleqraf.com-un "Yeniakit" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş deyib.
Onun sözlərinə görə, TANAP kimi vacib layihələr və "Star" neft emalı zavodu Azərbaycan və Türkiyə arasında münasibətlərin bariz nümunəsidir.