Azərbaycan Mərkəzi Bankı 18 may tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, mayın 18-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5017 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,6948 manat təşkil edir.
1 türk lirəsi 0,5049 manat, 1 rus rublu 0,0231 manatdır.