Prodüser Tarix Əliyev (Tolik) uzun müddətdir küsülü olduğu əməkdar artist Röya Ayxandan danışıb.
Axşam.az-ın məlumatına görə, produser "Star life" verilişinə açıqlamasında bu yaxınlarda bir araya gəldiklərini deyib:
"Röyanı çox istəyirəm, amma biz hələ də danışmırıq. O gün bir toy məclisində bir yerdə idik. Bir damcı aramızda yaxınlaşma oldu. O mənlə, mən onla danışdıq, istiləşmə yarandı".