13 İyun 2016 20:59
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istedadlı qrim rəssamı Elbrus Vahidovun 65 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə direktor Müşfiq Hətəmov, sənətkarın dostları, həmkarları iştirak edib.

Qeyd edilib ki, Elbrus ömrünün 47 ilini Azərbaycan kinosuna xidmətdə keçirib. 1969-cı ildə əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında bu günədək 50-yə yaxın bədii filmdə müxtəlif xarakterli obrazlar yaradılmasına əmək sərf edib. “Tütək səsi”, “Ad günü”, “Xoşbəxtlik qayğıları”, “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Özgə ömür”, “Yaramaz”, “Təhminə”, “Özgə vaxt”, “Yalan”, “Tərsinə çevrilən dünya”, “Otel otağı”, “Sübhün səfiri” və onlarla başqa filmlərdə çalışıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində xalq artisti Adil İsgəndərovun yaratdığı 3 illik kinoaktyorluq kurslarında aldığı təhsil onu aktyor kimi də özünü sınamağa həvəsləndirib və bir çox filmlərdə yaratdığı epizodik rollarla yadda qalıb.

Rəssamın yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilib və 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər