Əməkdar artist Firuzə İbadova İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan daxili işlər naziri və baş prokurora şikayət etməsindən danışıb.
Onun Teleqraf.com-a açıqlamasına görə, hazırda Orxan Nadirov ilə münasibətləri normallaşıb: “İnşallah, hər şey yaxşı olacaq. Orxan səmimi münasibətimizə görə həmişə mənə hörmət edib. Hazırda münasibətimiz normaldır. Mən onu da qınamıram. Üstünə çox gedirlər. Bir insanın üstünə çox getmək lazım deyil. Orxan da özümüzünküdür və bu məsələni də yoluna qoymalıyıq, inşallah”.
Qeyd edək ki, Orxan Nadirov Firuzə İbadovadan qızını işə düzəltmək adı ilə 7 min manat pul alıb. O, həmin pulun 2500 manatını qaytarıb, 4500 manat isə borcludur.
Rəqsanə