21 İyul 2016 10:25
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova çimərlik fotolarının yayılmasına görə məhkəməyə üz tutub.

Müğənninin mətbuat xidmətinin rəhbəri Teleqraf.com-a açıqlamasında deyilir ki, Brilliant Dadaşovanın hovuzda günəşlənərkən gizli çəkilən çimərlik fotolarının yayılması ciddi narahatlığa səbəb olub. Şəhərin qapalı məkanlarından birində idmandan sonra hovuz kənarında istirahət edən xalq artistinin fotoları ondan xəbərsiz çəkilib. Mətbuat katibi foto çəkən şəxsin axtarışına başlanıldığını bildirib: “Dünya təcrübəsində yayda bu cür paparatsi fotoların yayımına tez-tez rast gəlinsə də, bu, Briliant xanım üçün yolverilməzdir. Artıq səbəbkarların axtarışına başlanılıb. Həmin məkanın gizli kameralarının görüntüləri əsasında axtarışlara start verilib. Səbəbkarlar tapılan kimi mütləq qanun çərçivəsində cəzalanacaq".

Rəqsanə


Müəllif: