Türkiyənin TGRT kanalında “Bu millətin çocukları” adlı video çarxda “Nə mutlu kürdüm”, “Nə mutlu gürcüyüm”, “Nə mutlu arabım” “Ne mutlu erməniyəm” ifadəsi yayımlanıb. Belə ki, “Ne mutlu erməniyəm” ifadəsi mübahisələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, buna Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva “İnstagram”da etirazını bildirib: “Son zamanlarda kanallarda yayımlanan bu videoda təəssüf ki, Azərbaycan unudulub. Diqqətimi çəkən “Nə mutlu erməniyəm” yazısı olmasına baxmayaraq, Azərbaycanın olmamasıdır. Yaşadığımız pis hadisələrdə Azərbaycan ölkə və xalq olaraq hər zaman Türkiyəyə dəstək oldu. Onda niyə Azərbaycana bu videoda yer verilmədi? Maraqlı gəldi, hər iki ölkənin vətəndaşı və birini digərindən ayırmadan sevən bir vətəndaş olaraq bu yazını paylaşıram”.
Rəqsanə