Nyu-Yorkda istirahət edən xalq artisti Məleykə Əsədova istirahətini Bermuda adasında davam etdirir.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova qızı Gülərlə Atlantik okeanında yerləşən Bermuda adasına yollanıb. O, sosial şəbəkədə bu sözləri yazıb: “Bermudadan çox sevimli tamaşaçılarıma salamlar olsun! Dünyanın harası olur-olsun, Azərbaycanımdan heç bir yerdə yoxdur. Azərbaycan çox gözəldir. İstiqanlı, gözəl xanımları, gözəl yeməkləri...”
Məleykə Əsədova bir müddət öncə Nyu-Yorkda istirahət edib.
Rəqsanə