Xəbər verdiyimiz kimi Prodüser Tarix (Tolik) Əliyev əməkdar artist Cavanşir Məmmədov və xalq artisti Səməd Səmədovun ünvanına söz atıb. Buna səbəb Cavanşir Məmmədovun gənc müğənni Tural Məmmədova onun qarşısında imtahandan keçməli olduğunu deməsi olub.
Cavanşir Məmmədov Tolikin ittihamlarına Teleqraf.com vasitəsilə cavab verib: “Toliklə üç-dörd dəfə danışmışam. Deyir verilişi montaj ediblər. Yenidən “Atv maqazin onlarla” verilişində açıqlama verəcək. Mən bu kimi məsələlərə qarışmıram. O ittihamları mənim haqqımda səsləndirmək istəməyib. Orada başqa söz deyiblər. Dediyim kimi ikinci gün görüşüb, müsahibə verməliyik. Toliklə əlaqə saxlayın, o sizə cavab verəcək”.
Tarix Əliyev isə saytımıza açıqlamasında bunları deyib: “Cavanşir Məmmədov deyib ki, cavan müğənnilər bizim qarşımızda oxusunlar və biz də onun sənətinə qiymət verək. Cavanşir müəllimin o sözlərini işlədiyim müğənni Elton Hüseynəliyevə götürdüm. Cavanşir müəllim də dedi ki, onu Eltona şamil etmir. Bu gün qadın diapazonu ilə oxumayan, özünü qadın müğənnilərinə oxşatmayan müğənni yalnız Eltondur. Onların sırasında Zamiq Hüseynov, Abbas Bağırov da var. Cavanşir Məmmədov Teymur Əmrah deyil ki, kimsə ondan vokal dərsləri alsın. Ona görə də danışanda konkret ad çəksinlər. Bu söz Cavanşir müəllimə aid deyil. Mən imperator, kral adlarını qəbul etmirəm. Yalnız əməkdar və xalq artisti fəxri adlarını tanıyıram.
Mən Cavanşir müəllim haqqında demişəm ki, Cavanşir müəllim kimdir ki, onun qarşısında oxusunlar. Amma Cavanşir Məmmədovla heç bir problemim yoxdur. Mənim ona, onun da mənə hörməti var. Orada bir söz işlətmişəm ki, İlhamə Quliyeva sağ olanda onun çantasını daşıyırdılar. Onun Cavanşir müəllimə aidiyyatı yoxdur. O söz başqasına aiddir. İlhamə Quliyeva yoxdur deyə başqa müğənnilər yaltaqlıq edirlər”.
Rəqsanə