Akademik Milli Dram Teatrının direktoru Mehriban Ələkbərzadənin aktyor Corc Qafarovu işdən çıxarması haqqında xəbər yayılıb.
Məsələ ilə bağlı Mehriban Ələkbərzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Bu məsələ dörd-beş ay əvvəl baş verib. Aktyor işdən çıxması haqqında ərizədə maaş məsələsini, tamaşada oynamaq istəmədiyi rollar olmasını və teatra gəlib-getməsində çətinlikləri səbəb göstərib".
Qeyd edək ki, bu haqda ilk məlumatı Qaynarinfo.az saytı yayıb.