5 Sentyabr 14:16
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital"ı məhkəməyə verməsi haqqında məlumat yayılıb.

Ağadadaş Ağayev Teleqraf.com-a açıqlamasında yayılan məlumatı təkzib edib: "Xəbərim yoxdur. Ümumiyyətlə, məsələ haqqında istintaq davam etdiyinə üçün məlumat verə bilmirəm".

Xalq artistinin vəkili Asim Abbasov da məsələdən məlumatsız olduğunu bildirib.

Məsələ ilə bağlı "Medera Hospital"dan Teleqraf.com-a verilən cavab qısa olub: "Belə bir məhkəmə prosesi gözlənilmir".

Qeyd edək ki, bu haqda ilk məlumatı Unikal.az saytı yayıb. Xalq artistinin Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi ilə bağlı verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər