4 Sentyabr 13:13
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlahə Fəda sosial şəbəkədə qocalması haqqındakı iradlara reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, İlahə Fəda sosial şəbəkədə video paylaşaraq bu sözləri qeyd edib: "Məni yıxıb sürüdülər, bu niyə qocalıb? Nə günə düşüb. Başa düşə bilmirəm ki, nə gündə olmalıyam. Mənim 50 yaşım var. Necə olmalıyam. Bu qırışlar tək məndədirmi?! 50 yaşlı insanda qırış olar. Bilmirəm bəlkə onlar öyrəşiblər ki, müğənni dodaqları, yanaqlarını şişirtsin, saçında ağ olmasın. Mən yalançı olmaq və məni sevənləri aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm. Səhnəyə çıxanda yüngülvari makiyaj ola bilər. Məni sevənlər də belə tanısınlar. Mən özümü çox rahat hiss edirəm. Düşünürəm ki, siz də sevdiyiniz sənət adamının tam real halını görmək istəyərsiniz. Mən beləyəm və düşünmürəm ki, nə vaxtsa alnımdakı qırışı aradan qaldıracam. Xeyr, o qırışların hamısını mən qazanmışam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər