Repçi 50 Cent karyerası boyu məhkəmələrdə onu müdafiə edən vəkillərə xərclədiyi pulu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə müsahibəsi zamanı danışıb.
Musiqiçinin sözlərinə görə, o, məhkəməyə şikayət etməyi sevir və bəzən bunu sadəcə əylənmək üçün edir.
“Mən davamlı olaraq məhkəmə çəkişmələrindəyəm, artıq vəkillərə 24 milyon dollardan ( 40 milyon manatdan) çox pul xərcləmişəm. Sevmədiyim hər kəsin üstünə vəkillərimi göndərirəm, bəzən bunu sadəcə əylənmək üçün edirəm”, - deyə reper deyib.