Mərhum xalq artisti İlhamə Quliyevanın ad gününə sayılı günlər qalıb. Xalq artistinin dayısı oğlu Eldar İsmayılov mərhumun ad gününü qeyd edəcəyini vurğulayıb.
Bu addım isə xalq artistinin oğlu Orxan Nadirov tərəfindən birmənalı qarşılanmayıb. O Teleqraf.com-a açıqlamasında İlhamə Quliyevanın ad günündə ehsan süfrəsi verəcəyini deyib: “Bildiyimə görə, mərhum üçün ancaq ehsan süfrəsi verərlər, ad günü yox. Mən elə görmüşəm. Kim nə edir, Allah canını sağ etsin. Hər kəsin öz fikri, fikir azadlığı var. Hər insan öz addımlarına cavabdehdir. Mən anam üçün ehsan süfrəsi verməyi düşünürəm. Ad gününü qeyd etmək fikrində deyiləm. Doğum günü insanın sağlığında qeyd edilir, rəhmətə getdikdən sonra yox. Dünyasını dəyişdikdən sonra xatirə gecəsi keçirilir və ya ehsan süfrəsi verilir. Xatirə gecəsi də yalnz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qeyd edilməlidir. Nazirliyin icazəsi olmadan özbaşına mənim belə xatirə gecəsi keçirməyə ixtiyarım yoxdur. Ehsan süfrəsinin harada verəcəyimi qərarlaşıdırıb, məlumat verəcəm. Yəqin ki, ehsan süfrəsində yaxınlar iştirak edəcək. Eldar İsmayılovla əvvəl münasibətim necə idisə, indi də elədir”.
Rəqsanə