Türkiyəli müğənni Hadisənin Bodrumda yerləşən “La Plaj” adlı məkanına polis tərəfindən qadağa qoyulub.
Teleqraf.com xəbər verir ki, ifaçının bacısının, Haluk Şentürk və Candan Topdemirin işlətdiyi məkanda iyulun 6-da dava olmuşdu.
Həmin gün su şüşələrini dalaşanlar bir-birinin başına vurmuş, 18 yaşdan balaca olanlara spirtli içki satılmışdı. Hadisəni görənlər xəbərin doğru olduğunu bildirmişdi.
Daha sonra isə 4 adamın işdən qovulduğu, 15 işçinin buna etiraz edərək istefa verdiyi, məkan sahiblərinin işçilərini sığorta etmədən çalışdırdığı və maaşlarını vermədiyi aşkar edilmişdi.
Daha sonra isə polislər məkana getmiş, Yıldız Tilbenin konsertini yarıda kəsmişdi.
Məhkəmə araşdırması nəticəsində "La Plaj”la bağlı bütün ittihamların doğru olduğu sübut edilib. Polis məkanın axşam saatlarında musiqi səsləndirməsini, spirtli içki satmasını qadağa edib.
Avqustda məkanda konsert verməsi planlaşdırılan müğənnilər çıxışları da ləğv olunub. Onların konsert üçün aldıqları ilkin qonorar da geri qaytarılmayacaq.