Mətbuatda mərhum İlhamə Quliyevanın ölümündən əvvəl əməkdar artist Cavanşir Məmmədova 200 min manat pul verməsi haqqında xəbər yayılıb. Bildirilib ki, o məbləğlə Cavanşir Məmmədov xalq artistinin ev almasına yardım edib.
Bu məsələyə İlhamə Quliyevanın qohumu müğənni Əli Mirəliyev də münasibət bildirib. O Teleqraf.com-a açıqlamasında mərhumun Cavanşir Məmmədova pul verdiyindən xəbərdar olduğunu deyib: “İlhamə Quliyevanın Cavanşir Məmmədova 200 min manat pul verdiyini mən də bilirdim. Evi də Cavanşir alıb. Ona Cavanşir çox kömək edib. İlhamə Cavanşirə etibar edirdi. Mən İlhamənin evinin içində idim. Mən şəhərdə olmadığıma görə bu işlə Cavanşir məşğul oldu. Cavanşir bizim dostumuzdur, əzizimdir. Yenə də əzizimdir”.
Aylin