6 Avqust 2016 12:18
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı müğənni Ezo “Hürriyyət” qəzetinə müsahibə verib.

Teleqraf.com Ezonun müsahibədəki fikirlərini ixtisarlarla təqdim edir.

Müsahibə zamanı Ezo onu Türkiyədə məşhurlaşdıran və bir zamanlar “Mənim üçün inandığım bir çiyin, Türkiyədə isə ayrılmaq istəmədiyim bir liman oldu” deyə xitab etdiyi Rafet El Romanla niyə ayrıldıqlarını açıqlayıb.

Ailəsi haqda

“Ailəm Bakıda yaşayır. Dörd övladıq. Atam vəkildir. Anam isə əvvəllər ticarətlə məşğul olub. Çox dəcəl uşaq olmuşam. Anam “səni böyüdənə qədər 50 uşaq böyüdərdim” deyə dad çəkərdi. Küçədə gördüyüm hər heyvanı evə gətirərdim. Tez-tez itərdim və bununla ad çıxarmışdım. Hətta bir gün nənəmin bağında gizlənmişdim. Sonra məni məni toyuq hinindən tapmışdılar.


2007-ci ildə Azərbaycanda tibb fakültəsinə daxil oldum. Bir il oxudum, İstanbuldan təklif gəlincə, hər şeyi buraxıb Türkiyəyə köçdüm. Şöhrət şəxsi həyatımda bir dəyişiklik yaratmadı, amma həyata qarşı daha güclü dayana bilməmə səbəb oldu”.

Rafet El Roman haqda

“Azərbaycanda səhnəyə çıxıb, mahnı oxuyurdum. Rafet Bakıda səhnəyə çıxdığım məkana məni dinləməyə gəlmişdi, sonra mənə layihəsindən danışdı və İstanbula dəvət etdi. Onsuz da Türkiyəni çox sevirdim. Gələn təklifin məni xəyallarıma daha da yaxınlaşdıracağını düşündüyümdən “yox” deyə bilməzdim.

İstanbula gəldiyim ilk illərdə Rafetlə vokal oxudum. Sonra “Kalbimə sürgün” mahnısı ortaya çıxdı. Amma uzun zamandır ki, Rafel El Romanla yollarımızı ayırmışıq. Bunun xüsusi səbəbi yoxdur. Danışığımız bu formada idi. Layihə bitdi, yollarımızı ayırdıq”.

Gələcək haqda

“Yeni musiqi layihəm “Son dəfə”ni Bedükün şirkəti ilə birgə hazırladıq. Onun enerjili tərzi mənim içimdəki sirli qadını ortaya çıxardı. Həm fiziki, həm ruhi, həm də tərz olaraq çox dəyişdim. Özümü yeniyetməlik həyatından çıxan gənc qadın kimi hiss edirəm.

Mənim üçün qadının ən böyük seksuallığı özünə güvənmək, öz ayaqları üzərində güclü dayanmaq, dırnaqları ilə bir yerlərə gəlmək və özünü yeniləməkdir. Və əlbəttə zəkası, ağılı, bilgisi ilə insanları sehirləyən qadındır. Eyniylə mənim kimi... Mən musiqimin yaratdığı qadınam. Özümü qəliblərin içinə salmağı sevmirəm. Ruhum kimi musiqimi və tərzimi də azad buraxıram. Bundan sonra məni daha çox seksual qadın olaraq görəcəksiniz”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər