Türkiyənin məşhur müğənnisi Hülya Avşarın yeganə qızı Zəhra Çilingiroğlu Türkiyədə ali məktəbə daxil olub.
Teleqraf.com xəbər verir ki, qızlarının bu uğuruna sevinən Hülya Avşar və keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu rəsmi instaqram hesabından sevinclərini belə ifadə ediblər: “Qızımızla qürur duyuruq. O Türkiyədə istədiyi ingilisdilli memarlıq fakültəsinə daxil oldu. Həmçinin Londonun “Westminster Kingsway College”indən də dəvət alıb. Zəhmətimizi puç etmədiyinə görə qürurumuz olan qızımıza təşəkkür edirik. Təhsilinə Londondan sonra Türkiyədə davam edəcək. Bütün uşaqların yolu açıq olsun. Hülya Avşar, Kaya Çilingiroğlu”.
Pərvin