Hülya Avşar müğənni Sılaya dəstək olub.
Teleqraf.com xəbər verir ki, müğənni həmkarının başına gələnlərə rəsmi instaqram hesabında münasibət bildirib.
“Söylədiyi sözlər səhv olsa da, demokratiya üçün mücadilə etdiyimiz bugünlərdə Sılaya edilənlərin çox olduğunu və çox da uzandığını düşünürəm”.
Müğənni Sıla Türkiyədə demokratiyanın qələbə çalması ilə əlaqədar keçirilən mitinqlərdə iştirak etməyərək fikirlərini belə ifadə etmişdi: “Qətiyyətlə hərbi çevrilişə qarşıyam. Belə bir şounun içində olmağı istəmirəm”.
Müğənninin bu fikirləri həm hökumət dairələrində, həm sadə vətəndaşlar, həm də həmkarları tərəfindən birmənalı qarşılanmadı. Mətbuat müğənninin bir-birinin ardınca ləğv edilən konsertlərinin də söylədiyi bu fikirlərlə əlaqəli olduğunu yazır.
Pərvin