Gənc Tamaşaçılar Teatrının gənc aktrisası, “Həyat sən nə qəribəsən” serialı ilə məşhurlaşan Asya Atakişiyeva İtaliyaya gedib.
Teleqraf.com xəbər verir ki, aktrisa İtaliyanın Milan şəhərində yerləşən “Piccolo teatro” adlanan teatrının qarşısında çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.
Asya Atakişiyeva bu il Azərbaycanı Rusiya Teatr Xadimləri İttifaqı və Rusiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi X Beynəlxalq Yay Teatr Məktəbində uğurla təmsil edib.
Pərvin