Barbadoslu müğənni Rihanna “MTV mükafatları” gecəsində repçi Dreyklə öpüşərək yayılan sevgi iddialarını təsdiqləmişdi.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, 28 yaşlı ifaçı sevgilisinə jest edərək ayaqlarına xüsusi döymə çəkdirib.
O, keçən həftə Torontoda sevgilisi ilə birlikdə akvariumda romantik gün keçirdiyini açıqlamışdı. Döyməni də həmin gündən bir xatirə olaraq yadda qalması üçün çəkdirib.
Döyməni çəkən Keyt MkKordi, Rihannanın fotosunu sosial mediada paylaşıb.
Qeyd edək ki, 29 yaşlı kanadalı repçi 11 ildir Rihannanı sevdiyini açıqlamışdı.