10 Sentyabr 2016 14:28
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rol gərəyi at sürməyi öyrənməyə səy göstərən məşhur türk aktyor Çağdaş Onur Öztürkün başına iş gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor atdan yıxılaraq almacıq, körpücük sümüyünü və biləyini qırıb.

Təcili xəstəxanaya aparılan aktyorun vəziyyətinin ağır olduğu bildirilir. Mətbuatın yazdığına görə, aktyor özəl klinikaya köçürüləndən sonra əməliyyat olunacaq.

“Kuzey Güney”, “Sakarya Fırat”, “Kış güneşi” kimi seriallarla məşhurlaşan 37 yaşlı aktyor bu mövsüm “Diriliş Ertuğrul” serialının heyətinə daxil olub. Rol gərəyi atdan müntəzəm istifadə edəcəyinə görə, aktyor at sürməyin qaydalarını öyrənməyə çalışırmış.

Pərvin


Müəllif:

Oxşar xəbərlər