Türkiyədə qısa müddətdə populyarlıq qazanan Ayla Çelikin müəllifi olduğu “Bağdad” mahnısı haqda yeni iddia səsləndirilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aya Çelikin ona populyarlıq qazandıran mahnını böyük heyranlıq duyduğu Kenan Işığa yazdığı haqda xəbərlər yayılıb. 1981-ci ildə Beril İşık ilə evlənən aktyor-rejissor Kənan İşık 2007-ci ildə tanış olduğu müğənni Ayla Çelikə isti münasibətləri olub. Çelik Kenanın dəstəyi ilə söz yazıb, musiqi bəstələyib. Hətta, Kənan Işık 2012-ci ildə İstanbul Dövlət Teatrı üçün səhnələşdirdiyi “Antigone” adlı tamaşanın musiqilərini də Ayla yazıb.
Kənan Işık ilə Ayla Çelik arasındakı yaxınlıq 2013-cü ilin oktyabr ayında sona çatıb. Kənan Işık bundan 6 ay sonra, yəni 21 mart 2014-cü ildə yıxılıb beyininə qan sızıb. Ayla Çelik 5 ay sonra sənətçinin olduğu Nişantaşındakı Amerika Xəstəxanasına gedib. Kənan İşığın yoldaşı Beril İşık Ayla Çeliki görüncə əsəbiləşib. O, qışqıra-qışqıra "Səni burada görmək istəmirəm, bir daha xəstəxanaya gəlmə”-, deyərək onu xəstəxanadan qovub. Müğənni də gözyaşları içində xəstəxanadan ayrılıb.
Çelikin o hadisədən sonra “Bağdad” mahnısı yazdığı iddia olunur.
Qeyd edək ki, hazırda evində müalicə olunan Kənan İşık gəzə və danışa bilmir.