Müğənni Nadir Qafarzadə həyat yoldaşından ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə həyat yoldaşından ayrılmasını şayiə adlandırıb: “Deyirəm bu həyatda necə axmaq adamlar var. Bir dəqiqədə adamı evləndirib, boşadırlar. Bu gün mətbuatda həyat yoldaşımdan ayrılmağım haqqında xəbər yayılıb. Vallah, indi evlənmək və boşanmaq o qədər adiləşib ki, xala-xala oyununa döndəriblər. İstər sənət, istərsə də adi vətəndaşlar arasında bu, artıq dəb halını alıb. Bəzilərinə demək istəyirəm ki, fikriniz özünüzə getməsin, bizi yalnız ölüm ayıra bilər. Təki bir çoxlarınızın ailəsi Nadir Qafarzadənin ailəsi kimi olsun.
Mən demirəm biz idealıq, amma bizdən yoxdur! Azərbaycan fəxr eləsin ki, Nadir kimi vətəndaşı var. İşinizlə məşğul olun. Bir mənim ailəm qalmışdı boşatdırmadığınız. Bizi də bir bəhanə ilə boşadın. Biizimkilərin əlindən ev yıxmaqdan başqa iş gəlmir. Allah qovuşduranı şeytan ayıra bilməz. İndi kimin ailəsi uzun ömürlü olur, o ailəyə birtəhər baxırlar”.
Rəqsanə