Müğənni Ebru Gündeş ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabdan ayrıldıqdan sonra ikinci dəfə səhnəyə çıxıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ebru Gündeş səhnədə qonaqlarını salamlayaraq “Keçən həftə çox əylənmişdim, bu axşam da burada şənlənəcəm” deyib.
Konsert sonrası müğənni jurnalistlərin Rza Zərrabdan boşanması haqqında sualları cavablandırmayıb.
Ebru Gündeşi dinləyən qonaqlar sırasında Acun İlıcalı və sevgilisi Şeyma Subaşı da olub.
Rəqsanə