Xalq artisti Aygün Kazımova və Brilliant Dadaşova arasında yeni qalmaqalın əsası qoyulub.
Brilliant Dadaşova “V element” verilişində Aygün Kazımovanın öz konsertində zalı doldura bilmədiyini deyib. Xalq artistinin sözlərinə görə, bunu görən Aygün Kazımova jurnalistlərlə birlikdə onun konsertinə gəlməyə məcbur olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova “ATV maqazin onlarla” verilişində həmkarı Brilliant Dadaşovanın ittihamlarına cavab verib: “Mənim alın yazım belədir. Harada oluramsa, ikinci insan fonumda qalır. Ona görə də məni harasa dəvət etmək istəyirsinizsə, yaxşı düşünün. Özünüzü kölgədə görmək istəmirsinizsə, tədbirlərinizə dəvət etməyin”.
Rəqsanə