Fransanın Lion şəhərində Lümer qardaşlarının adına həsr olunmuş kinofestivalın açılışı olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasimdə italyalı aktrisa Monika Belluççi də iştirak edib.
52 yaşlı Monika əksər vaxtlarda olduğu kimi qırmızı xalça üzərində dekolteli qara libasda görünüb. Açılışda rejissor Kventin Tarantino və sevgilisi Daniela Pik də olub.