18 Oktyabr 2016 13:34
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev anasını ad günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Tolik instaqramda anasını belə təbrik edib: “Bu gün anamın ad günüdür. Ona can sağlığı arzu edirəm. Valideynlərimizin nəfəsi gəlirsə, bu, özü xoşbəxtlikdir. Sizə yalan deməyəcəm, hərdən anamdan inciyirəm, çünki bəzi qohumlarımızla danışmasını istəmirəm. Amma anam mənim həyatımdır. Almaniyada yaşasa da, onun ürəyi ikiyə bölünüb. Mən də onlar üçün yaşayıram. Uşaqlıqda nə istəmişəmsə, edib. Heç zaman yadımdan çıxmır, ilk mobil telefon çıxanda mənə kreditlə telefon aldı. O telefonu da itlə dəyişdim.

Mama, səni çox istəyirəm ad günün mübarək!”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər